15.75 AZN
Əhəngdaşı əsaslı, birkomponentli, fasad və daxili məkanlar üçün nəzərdə tutulmuş bəyaz üzlük məcunudur.
Əhəngdaşı əsaslı, birkomponentli, fasad və daxili məkanlar üçün nəzərdə tutulmuş bəyaz üzlük məcunudur.
Bu məhsuldan:
Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qusurlar olduqda Şpak-F tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər təmir qarışığı ilə təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNMADER və ya standartlara uyğun istehsal olunmuş bu tipli digər astarla astarlanmalıdır.
Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq Şpak-F məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl qarışdırıcısı ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadədən əvvəl yenidən qarışdırın.
Tətbiqi. Polad mala ilə bütün səthə eyni qalınlıqda vurun. Birdən artıq qat vurulduqda qatlar arasında 2-3 saat fasilə verməli, ümumi qalınlıq 3 mm-dən artıq olmamalıdır. Hazırlanmış qarışıq maksimum 4 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir.
Şpak-F su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır. İstifadədən sonra səth 2-3 gün ərzində nəmləndirilməli, tam quruduqdan sonra səth cilalanmalıdır.
Tövsiyələr. Şpak-F istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
bəyaz |
İstifadə temperaturu |
+50C÷+300C |
Su/toz nisbəti |
7,5-8,0 litr su/20 kq toz |
İstifadə müddəti |
4 saat |
Səthə çəkilmə qalınlığı:
|
|
Tam quruma müddəti |
24 saatdan sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələr |
Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.
Səthdən asılı olaraq 1 m2 səthdə 0,8 -1,0 kq (1 mm qalınlıq üçün) qarışıq sərf olunur.
Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin