17.36 AZN
Əhəngdaşı və sement əsaslı, yüngül liflə möhkəmləndirilmiş, səthdə təbii görünüş yaradan, daxili və xarici səthlər üçün nəzərdə tutulmuş son qat örtük materialıdır.
Əhəngdaşı və sement əsaslı, yüngül liflə möhkəmləndirilmiş, səthdə təbii görünüş yaradan, daxili və xarici səthlər üçün nəzərdə tutulmuş son qat örtük materialıdır.
Bu məhsuldan:
Səthin hazırlanması. Səth təmiz, quru və sağlam olmalı, səthə 3-4 mm qalınlığında Penoflex 8 və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli suvaq vurulduqdan ən azı 48 saatdan sonra (tam quruyandan sonra) FasMineral çəkilməlidir. FasMineral məhsulunun tətbiqindən öncə səth mütləq Binmader və ya standartlara uyğun istehsal edilmiş digər astarla astarlanmalıdır. Qazbeton kimi boşluqları olan yerlərə və əmici səthlərə Penoflex 8 və ya standarlara uyğun istehsal edilmiş digər bu tipli istilik izolyasiya suvağı nazik qat şəklində vurulduqdan sonra FasMineral örtüyü çəkilə bilər.
Qarışığın hazırlanması. 25 kq-lıq FasMineral məhsulunu yavaş-yavaş 6,0-7,5 l təmiz və soyuq suya əlavə edin və homogen qarışıq əmələ gələnə qədər zəif dövriyyəli qarışdırıcı ilə təxminən 10 dəqiqə ərzində qarışdırın. Suyun miqdarını hava şəraitinə görə tənzimləyin. Qarışığın hazırlanması uyğun sıva makinaları ilə də həyata keçirilə və püskütmə yolu ilə səthə vurula bilər. Makina ilə qarışdırılarkən məhlulun içindəki dənələrin aşınmamasına diqqət yetirin. Qarışdırılan hər partiya məhsul üçün eyni miqdarda su istifadə edin. Əks halda səthin dekorativ bəzəyində və rəng tonunda fərqlər yarana bilər. Qarışdırılmış məhlulu 10 dəqiqədən sonra yenidən qarışdırın.
Tətbiqi. Hazırlanmış homogen qarışığı paslanmayan polad mala və ya müvafiq püskürtmə makinası ilə səthə vurun və eyni qalınlıqlı qat əldə etmək üçün qarışığın artığını səthdən götürün. FasMineral örtüyü səthə vurulduqdan sonra maksimum 10 dəqiqə ərzində bəzək verilməlidir. Cizgili səth əldə etmək üçün cizgilər hansı tərəfə istiqamətlənirsə, sivirmə də o tərəfə doğru edilməlidir. Plastik və ya poliuretan mala ilə üfuqi, şaquli və ya dairəvi bəzək verilə bilər. Bəzək verilərkən mala səthi sıx-sıx sivirməlidir. Eyni səthdə bütün işlər eyni partiyada hazırlanmış qarışıqla görülməlidir. Böyük səthlərdə görüləcək işin vaxtında başa çatması üçün kifayət qədər işçinin işləməsinə şərait yaradılmalı, qarışığın ara vermədən yaş-yaş aralıqların bitişmə yerlərinə çatana qədər vurulmasına nail olunmalıdır. Hazır qarışıq hava şəraiti nəzərə alınmaqla 2 saat ərzində istifadə edilməlidir. Bərkimiş və ya qatı qarışığa su əlavə edərək istifadə edilməməlidir.
Tövsiyələr. Qızmar günəş altında, güclü küləkdə, dumanda, yüksək nisbi nəmlikdə, güclü yağıntılar zamanı istifadə edilməməlidir. Səthə vurulan qarışıq quruma vaxtı başa çatana qədər donmaqdan, yağışdan və ya digər səbəblərə görə islanmadan qorunmalıdır. Əgər lazım gələrsə, örtüklərdən istifadə edilməlidir. Səthin və havanın temperaturu minimum +5°C, maksimum +25°C olmalıdır. Temperatur +25°C-dən yuxarı olduqda mineral örtükdə suyun itirilməsinin və müqavimətin düşməsinin qarşısını almaq üçün səth 3 gün ərzində səhər-axşam püskürtmə yolu ilə (təzyiqsiz) nəmləndirilməlidir. Üzərini normal şərtlərdə 24 saatdan sonra boyamaq olar.
Rəngi |
ağ və ya 6 standart rəngdə |
Quru halda məhsulun tökmə sıxlığı |
< 1,3 kq/l |
Quruma müddəti:
|
24 saatdan sonra |
Möhkəmlik həddi:
|
>1,5 MPa |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələr |
Quru qarışığın sərfiyyatı: 2,6-3,0 kq/m2-dir. Səthin forması və vurulmanın şərtlərinə uyğun olaraq göstərilən sərfiyyat miqdarı dəyişə bilər.
Quru şəraitdə, nəmdən qorunmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin