16.98 AZN
Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, toz halında məhsuldur.
Əhəngdaşı əsaslı, birkomponentli, fasad üçün nəzərdə tutulmuş teksturalı səthlər yaradan bəyaz rəngli, toz halında məhsuldur.
Bu məhsuldan:
Səthin hazırlanması. Səth təmiz, sağlam və nəmli olmalıdır. Səthdə 3 mm-dən dərin çatlar və qusurlar olduqda F-pas Dry tətbiq olunmazdan ən azı 72 saat əvvəl MATON və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə təmir edilməlidir. İstifadədən əvvəl səth mütləq nəmləndirilməli və ya BİNMADER və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli astarla astarlanmalıdır.
Qarışığın hazırlanması. Bir kisə 20 kq-lıq F-pas Dry məhsulunu yavaş-yavaş 7,5-8,0 l təmiz suyun üzərinə əlavə edin. Qarışığı mala və ya zəif dövriyyəli əl mikseri ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırın. Qarışdırdıqdan sonra 3 dəqiqə gözləyin və istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Hazır məcunu fasada çiləyici əl tapancası ilə tətbiq edin. 10-15 dəqiqədən sonra səthə tətbiq olunmuş məcunu xüsusi tinerə (məcunun vərdənəyə yapışmaması üçün) salınmış dəmir və ya plastik vərdənə ilə əzməklə dekorativ görünüş yaradın. Hazırlanmış qarışıq maksimum 3 saat ərzində istifadə olunmalıdır. İstifadə müddəti keçmiş qarışıqdan istifadə edilməməlidir. Fpas Dry su ilə qarışdırıldıqdan sonra gözləmə müddətinə mütləq riayət edilməli, istifadədən əvvəl təkrar qarışdırılmalıdır. Hazırlanan qarışığın içərisinə heç bir əlavə maddə (əhəng, sement, gips və s.) qatılmamalıdır.
Tövsiyələr. F-pas Dry istifadə olunarkən mühitin temperaturu +5°C-dən aşağı və +30°C-dən yuxarı olarsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+30°C-dən yuxarı) və güclü küləkli havalarda və 24 saat ərzində donma təhlükəsi olan səthlərdə istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş məhsuldan istifadə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
bəyaz |
İstifadə temperaturu |
+50C ÷+300C |
Su/toz nisbəti |
7,5-8,0 litr su/20 kq toz |
İstifadə müddəti |
3 saat |
|
0,974 kq/l |
Tam quruma müddəti |
24 saatdan sonra |
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq-lıq kisələr |
Bu göstəricilər +30°C istilik mühiti üçün qəbul olunur. Aşağı istilikdə müddət uzana, yuxarı istilikdə isə qısala bilər.
Səthdən asılı olaraq 1 m2 səthdə 0,8-1,0 kq qarışıq sərf olunur.
Rütubətsiz və quru şəraitdə, taxta altlıqlar üzərində 10 cərgə olmaqla istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin