5 AZN
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı izolyasiya lövhələrininüzərinə çəkilməklə dekorativ paduqaların hazırlanması üçün istifadə olunan toz məhsuludur.
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı izolyasiya lövhələrininüzərinə çəkilməklə dekorativ paduqaların hazırlanması üçün istifadə olunan toz məhsuludur. TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması. FasNatural 500 tətbiq olunmazdan öncə tələb olunan dekorasiyaya uyğun istilik izolyasiya lövhələrindən paduqalar hazırlanmalıdır.
Qarışdırılması. 25 kq-lıq FasNatural 500 məhsulu içərisində 5,5-6,0 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. Hazırlanmış FasNatural 500 qarışığı xüsusi avadanlıqla avtomatik olaraq və ya əl ilə istilik izolyasiya lövhələrindən hazırlanmış paduqaların üzərinə tökülür və paduqanın ölçülərinə uyğun olan şablon vasitəsilə FasNatural 500 məhsulu istilik izolyasiya lövhələrindən hazırlanmış paduqaların üzərinə çəkilir və paduqalar hazırlanır. Hazır paduqalar 7 gündən sonra cilalanır. FasNatural 500 məhsulunun çəkilməsi və cilalanması həm avtomatik,həm də mexaniki üsullarla həyata keçirilə bilər.
Tövsiyələr. FasNatural 500 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
İstifadə temperaturu |
+50C - +300C |
Su/quru qarışıq |
5,5-6,0 litr su /25 kq quru qarışıq |
İstifadə müddəti |
80 dəqiqə |
Örtüyün qalınlığı |
3-5 mm |
Sıxılmada möhkəmlik həddi:
|
11,0 Mpa-dan az olmamalı 7,5 Mpa-dan az olmamalı |
Şaxtayadavamlılıq markası |
F 25-dən az olmamalı |
Qablaşdırma |
3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə |
Paduqaların ölçülərindən asılı olaraq FasNatural 500 quru qarışığının sərfiyyatı dəyişkəndir.
Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin