18.68 AZN
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan bəzək və üzlük daş kompozitlərinin yaradılması üçün istifadə olunan toz məhsuludur.
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan bəzək və üzlük daş kompozitlərinin yaradılması üçün istifadə olunan toz məhsuludur. TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması. FasNatural 400 məhsulu qəliblərə tökülməmişdən öncə qəliblər təmizlənməli və MaOil 100 qəlib yağı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul ilə yağlanmalıdır.
Qarışdırılması. 25 kq-lıq FasNatural 400 məhsulu içərisində 5,0-5,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 7 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. İstənilən bəzəkli daş kompozitləri düzəltmək üçün hazırlanmış FasNatural 400 qarışığı tökmə üsulu ilə qəliblərə tökülür və məhsulun artıq qalan hissəsi sıyrılıb götürülür. 1 saatdan sonra qəlib açılır və hazır məmulatlar qəlibdən çıxarılır. Digər tərəfdən qədim memarlıq abidələrinin fasadında təbii daşların sınmış, tökülmüş və digər problemlərini FasNatural 400 qarışığı ilə bərpa etmək mümkündür.
Tövsiyələr. FasNatural 400 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
İstifadə temperaturu |
+50C - +300C |
Su/quru qarışıq |
5,0 - 5,5 litr su /25 kq quru qarışıq |
İstifadə müddəti |
20 dəqiqə |
Sıxılmada möhkəmlik həddi:
|
11,0 MPa |
Şaxtayadavamlılıq markası |
F 25-dən az olmamalı |
Qablaşdırma |
3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə |
Qəliblərin ölçülərindən asılı olaraq sərfiyyat dəyişkəndir.
Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin