18.68 AZN
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan fasadda üzlük plitələrinin yaradılması üçün istifadə olunan toz məhsuludur.
Əhəngdaşı əsaslı, birkomponentli, şaxtaya, istiyə, suya və xarici təsirlərə qarşı davamlı, yüksək möhkəmliyə malik olan fasadda üzlük plitələrinin yaradılması üçün istifadə olunan toz məhsuludur. TŞ AZ 3143489-006-2010 saylı texniki şərtin və ГОСТ 9479-84 saylı dövlət standartının tələblərinə uyğundur.
Bu məhsuldan:
Səthin hazırlanması.FasNatural 200 məhsulu əhəngdaşı (mişar daşı), penobeton (köpüklü beton) və digər növ daşlardan hörülmüş divarların fasadına tətbiq olunmamışdan öncə səthə qara suvaq çəkilməli və tələb olunan dizaynda aralıqlar açılmalıdır. FasNatural 200 tətbiq olunmazdan əvvəl səth yapışmağa mane olan qalıqlardan təmizlənməli, səthin yoxlanılmış və möhkəm olmasına diqqət edilməli və Binmader və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışdırılması. 25 kq-lıq FasNatural 200 məhsulu içərisində 6,0-6,5 litr təmiz su olan qaba yavaş-yavaş boşaldılır və 3 dəqiqə saxlanılır, sonra mikser və ya əl aləti ilə homogen qarışıq əmələ gələnə kimi qarışdırılır. Hazırlanan qarışıq 80 dəqiqə ərzində istifadə olunmalıdır.
Tətbiqi. Hazırlanmış FasNatural 200 qarışığı mala vasitəsi ilə binanın fasadına qara suvaqla suvanmış səthə qara suvaq üzərində öncədən açılmış aralıqları doldurmamaq şərti ilə maksimum 0,5 sm qalınlığında çəkilir. Qara suvaqda açılmış aralıqlara bir gündən sonra mala ilə FasNatural 200 məhsulu doldurulur və dekorasiyaya uyğun dərinlikdə aralıqlar saxlamaq şərtilə xüsusi aləti doldurulmuş aralıqların üzərində hərəkət etdirməklə tələb olunan dekorasiyaya uyğun aralıqlar alınır. FasNatural 200 tam möhkəmlik aldıqdan sonra (təxminən 7 gündən sonra) səth cilalanır. FasNatural 200 məhsulu səthə makina ilə də tətbiq oluna bilər.
Qeyd: Əgər binaların fasadları FasNatural 200 qarışığı ilə üzlənmişsə, ehtiyac yarandığı halda 20 ildən sonra səth yenidən 1mm qalınlığında cilalana bilər.
Tövsiyələr. FasNatural 200 məhsulunun istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
bej (sarıya çalan açıq-qəhvəyi, təbii əhəngdaşı rəngində) |
İstifadə temperaturu |
+50C - +300C |
Su/quru qarışıq |
6,0-6,5 litr su /25 kq quru qarışıq |
İstifadə müddəti |
80 dəqiqə |
Örtüyün qalınlığı |
3-5 mm |
Sıxılmada möhkəmlik həddi:
|
|
Şaxtayadavamlılıq markası |
F 25-dən az olmamalı |
Qablaşdırma |
3 qatı kraft kağızı,1 qatı polietilindən ibarət olan 25 kq-lıq kisə |
1 mm qalınlığa 1,3-1,5 kq/m2 FasNatural 200 quru qarışığı sərf olunur.
Açılmamış kisədə, quru şəraitdə, taxta altlıqlar üzərində bir-birinin üstündə maksimum 10 ədəd kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin