52 AZN
Sintetik qətran əsaslı, iki komponentli parket yapışdırıcısıdır.
Sintetik qətran əsaslı, iki komponentli parket yapışdırıcısıdır.
Daxili məkanlarda, hətta isti döşəmələrdə hər cür ölçüdə olan parket (böyük ölçülü massiv parket lövhələr, kiçik ölçülü parketlər və s.), laminat və ağac yer örtüklərinin yapışdırılmasında istifadə edilir.
Səthin hazırlanması. Səth hamar, təmiz, tozsuz və quru olmalıdır. Səthdə çatlamış yerlər olmamalıdır.
Tətbiqi. İstifadədən qabaq sərtləşdirici -B komponenti, A komponentinin üzərinə boşaldılmalı, aşağı dövriyyəli mikserlə məhsul bircinsli olana qədər qarışdırılmalıdır. Sonra məhsul parketin ölçüsünə uyğun olaraq müəyyən edilmiş dişli mala ilə səthə daraq şəkilində yayılır. Parket səthə ehtiyatla yapışdırılır və üstündən plastik çəkiclə yüngülcə bərabər şəkildə döyəclənir. Divarla parket arasında 1-1.5 sm-lik məsafə saxlanılmalıdır. Diqqət: Qarışdırma zamanı vedrənin divarlarında və dibində olan məhsul tam qarışmalıdır. Əks halda yaxşı qarışdırılmamış məhsul sərtləşə bilməz, bu da parketin tam yapışmasına mane olar.
Tövsiyələr. Məhsul hazırlandıqdan sonra ilk 30 dəqiqə müddətində səthə çəkmək və 40-60 dəqiqə müddətində isə parket yapışdırmaq olar. İstifadə zamanı,mühitin temperaturu 18-25°C və nəmişliyi 65%-dən yuxarı olmamalıdır. Çünki çox isti və çox soyuq temperatur sərtləşmə müddətinə mənfi təsir edə bilər. Soyuq havalarda istifadə zamanı məhsulu 20-25 °C otaq temperaturu halına gətirib sonra istifadə etmək lazımdır. Məhsula qətiyyən solvent qatmaq olmaz. Qatılaşmış məhsulu qətiyyən istifadə etmək olmaz. Qapagı açılmış B komponentini təkrar istifadə etmək olmaz.24 saatdan sonra səth üzərində sonrakı işləri görmək olar. İstifadə vasitələrini yaş halda sellülozik tinerlə, 1-1.5 saat ərzində isə mexaniki yolla asan təmizləmək olar.
Rəngi |
bej rəngdə pasta |
Tərkibi |
poliüretan əsaslı |
Sıxlığı |
(A+B)- 1.5 kq/l |
Yapışma müqaviməti |
≥ 0.5 N/mm² |
Çəkisi |
komponent A 8.86 kq komponent B 1.14 kq |
İstifadə temperaturu |
+15°C-dən +25°C-yə qədər |
Qablaşdırma |
10 kq-lıq plastik vedrə və 1 kq-lıq plastik qablarda |
1000-1200 qr /m²
(Daraqlı malanın B11 diş ölcüsünə uyğun)
Quru və sərin,yerdə,10-20°C temperaturda bir il
Məhsul gözə və ağıza düşdükdə dərhal bol su ilə yumaq lazımdır. Tətbiqi zamanı texniki təhlükəsizlik vasitələrindən (əlcək ,eynək və s.) istifadə edin.
Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin