phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  0  əd.
Məhsul Haqqında:

Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin,səthi yapışmağa mane olan qalıqlardan təmizləyin.İstifadə olunacaq səthdə qüsur olarsa Filkret 100 təmir qarışığı və ya digər oxşar məhsul ilə düzəldin.Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya ROKOL astarla astarlanmalıdır.

Xüsusiyyətlər

 

AKDENİZ KERAMİKA YAPIŞDIRICISI (boz)

 

Məhsul haqqında

Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, kombinasiyalı polimerləşdirilmiş, birkomponentli, boz rəngli  keramika yapışdırıcısı;

AZS 039 -2000 (TS 11140 -1993)  standartın tələblərinə  uyğundur.

 

İstifadə sahələri

Su hopma dərəcəsi 3%-dən çox olan kiçik və orta ölçülü döşəmə və divar keramikası,təbii daş,əhəng daşı,dekorativ üzlük kərpicləri kimi üzlük materiallarının daxili və xarici divarların səthlərində,beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırıl-masında;

 

Üstünlükləri

  • rahat hazırlanır və tətbiq olunur;
  • şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
  • yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri yapışdırmaq mümkündür;
  • şaxtaya və istiliyə davamlıdır.
  • izolyasiya xüsusiyyətlidir

 

 

İstifadə qaydası

 

Səthin hazırlanılması.Səthin yoxlanılmış və möhkəm olmasına diqqət edin,səthi yapışmağa mane olan qalıqlardan təmizləyin.İstifadə olunacaq səthdə qüsur olarsa Filkret 100 təmir qarışığı və ya digər oxşar məhsul ilə düzəldin.Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya ROKOL astarla astarlanmalıdır.

 

Qarışığın hazırlanması. 25 kq-lıq  tozşəkilli qarışığı ehmalca 6,0 – 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

 

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayıb plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın  dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü  plitələrin yapışdırılmasında kombinələşdirilmiş  yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur.

Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və  həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.

Aralıq doldurma işi  divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

 

Tövsiyələr. AKDENİZ keramika yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən  yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

 

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperaturu

+50 C - +300 C

Su/quru qarışıq

2,4-2,6 litr su /10 kq  quru qarışıq

6,0-6,5  litr su / 25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə

 

24 saatdan sonra

48 saatdan sonra

Sərfiyyat

4-5 kq/m2

Saxlama müddəti

12 ay

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 10 və 25 kq-lıq kisələrdə

 

AZS 039-2000  (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-30 dəqiqə

Sürüşmə

<0,5 mm

0,2 mm

Yapışma müqaviməti

>0,5 N/mm2

>1,1 N/mm2

 

Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun

yapışdırıcının yayılma qalınlığı

 

Üzlük plıtələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının  yayılma qalınlığı, mm

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

30 sm× 30 sm-dən yuxarı

10,0

4,0-5,0

 

Üzlük plitələrin ölçülərindən asılı olaraq  tövsiyə olunan

aralıqların  eni

 

Üzlük plitələrin ölçüləri

Aralıqların eni,  mm

15 sm×15 sm-ə qədər

3,0-4,0

30 sm×30 sm-ə qədər

4,0-5,0

30 sm×30 sm-dan yuxarı

5,0-8,0

 

Sərfiyyat

İstifadə zamanı  “Mətanət A” keramika yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)

 

Akdeniz

keramika yapışdırıcısı

(kq)

1 mm qalınlıq üçün

quru qarışığın sərfiyyatı (kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

 

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

 

6 mm

8 mm

10 mm

25

1,28

6

1,94

   2,46

4,12

 

 

Saxlama müddəti və qaydası

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

 

Xəbərdarlıqlar

  • yapışdırıcının sement əsaslı və qatqılarla zəngin  olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C  temperatur və  50%± 5%  rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur.  Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

 

Zəmanət və texniki dəstək

  • Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır.

 

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz