8.4 AZN
Xüsusi sement və qum tərkibli, su sızıntılarının izolyasiyasında, montaj və təmir işlərində istifadə olunan, yapışma müqavimətini artıran, su ilə qarışdırıldığı zaman sürətlə genişlənərək sərtləşən, istifadəyə hazır məhsuldur.
Xüsusi sement və qum tərkibli, su sızıntılarının izolyasiyasında, montaj və təmir işlərində istifadə olunan, yapışma müqavimətini artıran, su ilə qarışdırıldığı zaman sürətlə genişlənərək sərtləşən, istifadəyə hazır məhsuldur.
Bu təmir, montaj qarışığından:
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirməli, səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından, boya və nəm saxlayan maddələrdən tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.
Yaranmış boşluqlar və çatlar 20 mm dərinliyində və enində, kənarları dik olaraq kəsilməlidir. Boşluqların V şəklində, künclərin isə sərt uclu kəsilməsi yolverilməzdir.
Qarışığın hazırlanması. 3 dəqiqə ərzində istifadə olunacaq miqdarda məhsulu təmiz bir qabın içinə qoyaraq lazımi miqdarda su əlavə edin, münasib əlcək geyərək 30 saniyədən çox olmamaq şərti ilə qarışdırın. 1 kq İzoKontakt 2 məhsuluna 0,23 litr təmiz su əlavə edərək qarışdırın (Su nisbəti havanın temperaurundan asılı olaraq dəyişə bilər).
Tətbiqi. Hazırlanmış qarışıq ankraj işlərində istifadə olunur. Ankraj boşluğu yetərincə İzoKontakt 2 məhsulu ilə doldurulmalı və ankraj edilən cihaz ani olaraq şaquli istiqamətdə ankraj boşluğuna yerləşdirilməlidir. 30 dəqiqə ərzində İzoKontakt 2 məhsulunun səthi nəm saxlanılmalıdır.
Tövsiyələr. Soyuq havada isti və ya ilıq su istifadə olunmalıdır. Qarışığa heç bir digər kimyəvi maddə əlavə edilməməlidir. İstifadə olunacaq səthin və mühitin temperaturu +50C-dən aşağıdırsa və ya +320C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır.
İstifadə zamanı suyun yüksək sürətlə ayrılması nəticəsində məhsul sürətlə sərtləşir. Buna görə də tətbiq sahəsi 15 dəqiqə müddətində nəm saxlanılmalıdır. Quru və əmici səthlərdə bu müddət 30 dəqiqə olmalıdır.
Xüsusi sement əsaslı sistemlərin istifadə və reaksiya müddəti mühit və səthin temperaturuna, havadakı rütubət nisbətinə qarşı həssasdır. Temperatur aşağı olduqda reaksiyanın sürəti azalır, bu da qabda hazır qarışığın istifadə ömrünü və işin görülmə müddətini uzadır. Temperatur yüksək olduqda, reaksiyanın sürəti artır və yuxarıda adları çəkilən digər müddətlər azalır. Məhsulun nəmi özündə saxlaması və maksimum effekt əldə edilməsi üçün temperaturun məsləhət görülən dərəcədən aşağı düşməməsinə diqqət yetirilməlidir.
Soyuq havalarda məhsulun istifadə müddətini uzatmaq üçün qablaşdırmalar +200C - +250C temperaturda istifadəyə hazır vəziyyətə gətirilməli və qatışıq yalnız isti su ilə hazırlanmalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar ilıq su ilə təmizlənməlidir. İzoKontakt 2 sərtləşdikdən sonra mexaniki yolla səthdən təmizlənə bilər.
Məhsulun tərkibi |
xüsusi sement və kimyəvi əlavələr |
İstifadə temperaturu |
+50C - +320C |
Su / toz nisbəti |
1,2 litr su/5 kq quru qarışıq |
Qarışığın həcm kütləsi |
2,14 kq /litr |
Təzyiqə dözümlülüyü:
|
≥1,5 N/mm² |
Səthə çəkilmə müddəti |
3,0-5,0 dəqiqə |
Qablaşdırma |
1 qatı polietilendən ibarət olan 5 kq-lıq laminasıyalı paketlərdə |
Su sızan yerlərin ölçüsündən asılı olaraq dəyişə bilər.
Anbarda saxlanılma şərtlərinə düzgün əməl edilərsə, istehsal tarixindən başlayaraq 6 ay müddətində saxlanıla bilər. Ağzı açılmış qablardakı məhsul bir həftə ərzində istifadə olunmalıdır.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin