5 AZN
İzoFaslastik 100%-li akril polimeri əsaslı, dəmir-beton və suvaqlı səthlər üçün yaradılmış, birkomponentli, yüksək qoruyucu xüsusiyyətlərə malik elastomerli xarici səth boyasıdır. Dəmir-beton konstruksiyaları və birləşmələri donvurmadan, karbonatlaşmadan və müxtəlif duzların təsirlərindən qoruyan xüsüsi fasad boyasıdır. TŞ AZS 31 43498-05-2005 standartına uyğundur.
Bu boyadan:
Səthin hazırlanması. Məhsulun çəkiləcəyi səthin sağlam, quru, davamlı, tozsuz, təmiz və eyni zamanda düzgün olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədən hər növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və səthdə sallanan hissəciklər olmamalıdır. Hamar olmayan səthlərdə müvafiq Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığından istifadə olunmalıdır. Yeni suvaqların və dəmir-beton səthlərin üzərində tətbiq olunduqda 28 günlük sərtləşmə müddətinin bitməsini gözləmək lazımdır.
Qarışığın hazırlanması. İzoFaslastik izolyasiya boyasını istifadə etməzdən əvvəl 400-600 dövr/dəqiqəlik qarışdırıcı qurğu vasitəsilə qarışdırın. İzoFaslastik məhsuluna qətiyyən su əlavə etməyin. Astar qismində səthə 2 qat BİNMADER astar və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsul çəkin, sonra isə İzoFaslastik və ya standartlara uyğun istehsal edilmiş bu tipli digər məhsulla müvafiq rəngsaz malası vasitəsilə astarlanmış səthə tətbiq edin. İzoFaslastik məhsulunun ağ və ya boz rəngini digər rənglərlə 1/1-1/2 və 1/3 nisbətlərində qarışdırmaqla müxtəlif rəng növləri əldə edilə bilər.
Tətbiqi. BİNMADER astar və ya standartlara uyğun istehsal olunmuş digər bu tipli məhsul çəkilmiş səthlərə 4-6 saatdan sonra İzoFaslastik müvafiq vərdənə və püskürtmə qurğusu vasitəsilə 2 mərhələdə çəkilir. 1-ci mərhələ (2 qat vurulur) bitəndən 5-6 saat sonra 2-ci mərhələ (2 qat vurulur) başlanır və beləliklə, prosses sona çatmış olur.
Tövsiyələr. İstifadə olunan mühitin və səthin temperaturu +50C–dən aşağı və ya +300C-dən yuxarı olarsa, müvafiq temperatur təmin olunmalıdır. Tətbiq olunan məhsul ilk sutka ərzində yağışdan və donvurmadan qorunmalıdır. İzoFaslastik lazım olan hallarda möhkəm və köhnə boyalı səthlər üzərinə çəkilə bilər. Belə hallarda mövcud boyanın yapışma qabiliyyəti yoxlanılmalıdır. Qatlar arasındakı quruma müddətinə diqqət edilməlidir. Məhsul istifadə edilib qurtardıqdan sonra alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Rəngi |
ağ; boz |
İstifadə temperaturu |
+50 C - +300 C |
Maddənin qatılıq dərəcəsi |
65 % |
Həcm kütləsi |
1,2 kq/litr |
Dartılmaya davamlılığı:
|
2 N/mm2 |
İstifadə müddəti |
3 saat |
Uzanma, maksimal dartınma |
145% |
Qopma dartınması |
155% |
Qablaşdırma |
20 kq-lıq plastik qablarda |
Açılmamış qablarda quru şəraitdə 24 ay saxlanıla bilər.
After registering on the site, you will be able to track the status of orders, your personal account and other new features
Məhsul haqqında rəy əlavə edin