3.85 AZN
MƏHSUL HAQQINDA
Gips əsaslı makina suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı, astar və üzlük şpayklyovkanı əvəz edən, hamar, parlaq, qüsursuz səth yaradan universal makina suvağıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
Bu məhsuldan:
ÜSTÜNLÜKLƏRİ
İSTİFADƏ QAYDALARI
Səthin hazırlanması. Səthin möhkəm olmasına diqqət etməli və səth yapışqanlığa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. Ekomatik makina suvağının hazırlanacağı makina avadanlığı təmiz və işə hazır vəziyyətdə olmalıdır.
Ekomatik makina suvağı səthə çəkilməmişdən öncə səth yaxşıca isladılmalıdır. Suvaq vurulacaq səthin düz (padmayak) olması üçün "ano profillər" yerləşdirilməlidir. Divarın künclərində isə qırılmaların olmaması, künclərin düz və dəqiqliyindən ötrü künclərdə xüsusi "künc profilləri" (köşe profilləri) yerləşdirilməlidir. Müxtəlif materialların birləşmə yerlərinə və hərəkətə məruz qala biləcək yerlərə plastik "suvaq toru" (sıva filesi) vurulmalıdır. Əgər səth qəlibdən çıxan beton kimi çox hamardırsa, onu nahamar etməkdən ötrü səthi baltalamaq və s. kimi köhnə və kustar metodlardan istifadə etməyə ehtiyac yoxdur. Gələcəkdə suvağın qopmaması üçün belə səthləri girintili-çıxıntılı etməkdən ötrü təbii səth ilə suvaq arasında ikitərəfli kontakt yaradan PARAKONTAKT məhsulunu və ya digər oxşar məhsulu suvaq vurulmazdan ən azı 24 saat əvvəl səthə çəkmək lazımdır. Metal səthlərə Ekomatik makina suvağı vurulmamışdan öncə səth antipas məhlulu ilə paslanmadan qorunmalıdır.
Qarışığın hazırlanması. Makinanın bunkerinə tələb olunan miqdarda Ekomatik əlavə edin və makinaya fasiləsiz su axını qoşun. Su və Ekomatik-in qarışma nisbətini makinanın proqramına daxil edin və makinanı işə saldıqdan sonra su ilə Ekomatiki-i avtomatik olaraq homogen (eynicinsli) şəkildə qarışdırın. Ekomatik məhsuluna sudan başqa heç bir əlavə material və ya maddə əlavə etməyin.
Tətbiqi. Hazır makina suvağı makinanın üzərindəki hava kompressorunun köməyi ilə təmirə hazır vəziyyətə gətirilmiş səthə (quraşdırılmış ano profillərinin arasına) 10 mm-dən az olmamaq şərti ilə (səthin tipindən asılı olaraq Ekomatik makina suvağının sərfi dəyişə bilər) püskürtmə tapançası vasitəsi ilə püskürdülür. Səthə püskürdülən suvaq xüsusi mastar (alüminium profil) ilə mastarlanır və qarışığın artıq hissəsi sıyrılıb götürülür. Suvaq barmaqla sıxıldıqda barmağa batmırsa, onda səth mala ilə hamarlana bilər.
Təxminən 1 saatdan sonra səth azca nəmləndirilərək trifil (süngərəbənzər yumşaq alət) aləti ilə trifillənir. Təxminən 10-15 dəqiqədən sonra səthə çıxan incə suvağı barmaqla sıxdıqda barmaq batmırsa, səth metal mala ilə düzəldilərək qüsursuz və parlaq səth əldə edilir.
Əgər suvağın qalınlığı 3 sm-dən az olarsa, onda Ekomatik bir qat vurulur. Əgər suvağın qalınlığı 3 sm-dən çox olarsa və iki qat çəkməyə ehtiyac yaranarsa, onda ikinci qat birinci qat vurulandan təxminən 2 saat sonra (yəni barmaqla sıxdıqda barmaq suvağa batmırsa) tətbiq olunmalıdır. 3 sm-dən yuxarı qalınlıqda vurulan makina suvağı səthi qalınlaşdıraraq ağırlıq yaratdığından səthdə azca nahamarlıq yarana və bu səbəbdən də ikinci qatı vurmağa ehtiyac duluya bilər.
Tövsiyələr. Məhsuldan istifadə zamanı mühitin və səthin temperaturu minimum +50C olmalıdır. Mühitin temperaturu+50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışdırma işində istifadə olunacaq bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətlər istifadədən dərhal sonra su ilə yuyulub təmizlənməlidir. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır. Tətbiq zamanı polad malanın yaratdığı izlərin qalmamasına diqqət yetirilməlidir. Makinaya (avadanlığa) daxil olan suyun fasiləsizliyi təmin edilməlidir.
TEXNİKİ GÖSTƏRİCİLƏR
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C÷+300C |
Tətbiq qalınlığı:
|
10 mm 35 mm |
İstifadə müddəti |
90-120 dəqiqə |
Bərkimə müddəti |
280-300 dəqiqə |
Su/gips nisbəti |
5.-6 litr su/10 kq gips |
Quruma müddəti |
təqribən 3-4 gün |
Möhkəmlik həddi:
|
2,2MPa 4,5 MPa |
|
0,71 kq/ litr 1,62 kq/ litr |
Səthin möhkəmliyi |
55 Shore D |
Qablaşdırma |
30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisələrdə |
SƏRFİYYAT
Ekomatik makina suvağında istifadə zamanı 1 m2 sahədə minimum 10 mm qalınlıq üçün sərfiyyat 9 kq-dır. 1 kisə Ekomatik makina suvağı (30 kq-lıq) təxminən 3 m2 hamar səth almaq üçün kifayət edər.
SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI
Paketlənmiş kisələr döşəməyə toxunmamaq şərti ilə qapalı yerlərdə, taxta altlıqlar üzərində, bir-birinin üzərində maksimum 10 ədəd olmaqla, quru anbarlarda 6 ay saxlanıla bilər.
XƏBƏRDARLIQ
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
После регистрации на сайте вы сможете отслеживать статус заказов, ваш личный кабинет и другие новые функции
Məhsul haqqında rəy əlavə edin