5.62 AZN
MƏHSUL HAQQINDA
Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
İSTİFADƏ SAHƏLƏRİ
İSTİFADƏ QAYDASI
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret 300 və ya 400 təmir qarışığı ilə və ya standartlara uyğun digər məhsulla doldurulmalıdır. Eyni zamanda istifadə olunacaq səth əvvəlcədən nəmləndirilməli və ya ROKOL astarla və ya standartlara uyğun digər məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 10 kq-lıq quru qarışığı 5,5-6,0 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra, suda hissəciklər tam qarışana kimi qarışdırıcı və ya əl aləti ilə qarışdırın. Astar hazır olduqdan sonra ona yenidən quru qarışıq və su əlavə etməyin.
Tətbiqi. Hazır AKDENİZ sıva məhsulunu sement və qum əsaslı suvaqla suvanmış səthə vurun. Astar suvağı səthə ən azı 3-5 mm qalınlığında çəkin. Səthin tipindən asılı olaraq AKDENİZ sıva məhsulunun sərfi dəyişə bilər. Astar suvağın vurulma mərhələsi bitəndən 24 saat sonra üzlük şpatklyovkadan hazırlanmış qarışıq səthə çəkilə bilər. AKDENİZ sıva məhsulu 90-120 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq istifadəyə yararsızdır.
Tövsiyələr. Astar suvaq istifadə olunarkən mühitin və səthin temperaturu minimum +50C olmalıdır. İstifadə olunan mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin edilməlidir. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Qarışığın hazırlanmasında istifadə olunan bidon və avadanlıqlar hər zaman təmiz olmalıdır. Avadanlıq və alətləri istifadədən sonra dərhal su ilə yuyub təmizləmək lazımdır. Çirklənmiş qablar və alətlər qarışığın işləmə müddətini qısaldır.
TEXNİKİ GÖSTƏRİCİLƏRİ
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50C ÷+300C |
Minimum tətbiq qalınlığı |
3 mm |
İstifadə müddəti |
90 - 120 dəqiqə |
Bərkimə müddəti |
200 - 220 dəqiqə |
Su/gips nisbəti |
5,5-6,0 litr su /10 kq gips |
Quruma müddəti |
təqribən 2-3 gün |
Möhkəmlik həddi:
|
1,7 MPa 3,8 MPa |
|
0,7 kq/ litr 1,5 kq/ litr |
Səthin möhkəmliyi |
50 Shore D |
Sərfiyyat |
4-5 kq/m2 |
Saxlanma müddəti |
6 ay |
Qablaşdırma |
30 kq-lıq laminasiyalı polipropilen kisələrdə, 2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 30 kq-lıq kisələrdə |
XƏBƏRDARLIQLAR
ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
After registering on the site, you will be able to track the status of orders, your personal account and other new features
Məhsul haqqında rəy əlavə edin