Məhsul haqqında
Hər növ sement istehsalında istifadə edilən, istehsal məhsuldarlığını artıran və yüksək keyfiyyətli sement istehsalına imkan verən, klinkerin üyüdülməsini intensivləşdirən kimyəvi sement qatqısıdır.
İstifadə sahələri
- adi potlandsement istehsalında;
- müxtəlif çeşidli (plastikləşdirilmiş, hidrofob, turşuyadavamlı, əlvan, tezbərkiyən və s.) portlandsement istehsalında;
- hidravlik yapışdırıcı maddələrin (hidravlik əhəng və romansement) istehsalında.
Üstünlükləri
- istehsal məhsuldarlığını artırır;
- üyütmə xərclərini azaldaraq enerji istehlakına qənaət edir;
- hava seperatorunun məhsuldarlığını artırır;
- sementin ilk və son müqavimətlərini 15-20% artırır;
- sementin su tələbatını 2%-dək azaldır.
İstifadə qaydaları
Tətbiqi.Trinola 2 məhsulunu dəqiqləşdirilmiş (elektron) tərəzi ilə çəkdikdən sonra istifadə edin. Tövsiyə olunan miqdarda qatqını klinker dəyirmanının I və ya II bölümündə sistemə, ya da birbaşa klinkeri sistemə aparan transportyorun üzərinə damcılatmaqla istifadə edin.
Texniki göstəricilər
Rəngi
|
qəhvəyi
|
Sıxlığı
|
1,14 kq/l
|
Xlorun miqdarı
|
0,1 %
|
Qablaşdırma
|
10 kq-lıq bidon, 200 kq-lıq çəllək,
1000 kq-lıq fıçı, xüsusi çənləri olan maşınlar
|
Sərfiyyat
1 ton sement istehsalı üçün 0,4-2,0 kq istifadə oluna bilər. İlkin laboratoriya tədqiqatlarına əsasən sərfiyyat dəyişə bilər.
Saxlama müddəti və qaydası
+50C - +300C temperaturda açılmamış qablarda, quru şəraitdə 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- məhsuldan istifadə zamanı işin və işçinin təhlükəsizliyi qaydalarına riayət olunmaqla, müvafiq iş paltarı, qoruyucu əlcək, eynək və maskadan istifadə edin;
- dəriyə və gözə düşərsə dərhal su ilə yuyun;
- əgər məhsulun udulması halı baş verərsə dərhal həkimə müraciət edin.
Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
Məhsul haqqında rəy əlavə edin