phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  894  əd.
Xüsusiyyətlər

MƏHSUL HAQQINDA

AZERLIME Suvaq üçün əhəng məhsulu xüsusi texnologiya ilə təbii əhəng daşından hazırlanan yüksək aktivliyə malik hidrotasiyalı (söndürülmüş) əhəngdir. Bu məhsul qum-sement məhsuluna qatılır və əhəngli suvaq əldə edilir.

ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

İnşaat sektorunun müxtəlif sahələrində, binaların daxili və xarici səthlərində kərpic, mişardaşı və digər növ daşlardan hörülmüş divarların suvanmasında, hörülməsində və döşəmələrdə hamar səthin (стяжка) yaradılmasında istifadə olunur.

İSTİFADƏ QAYDALARI

Hazır quru qarışığa (qum, sement və əhəng qarışıqlı) qarışıq miqdarının 15-18%-i qədər su əlavə edib 3-5 dəqiqə ərzində gözləmək, sonra isə qarışdırmaq lazımdır. İstifadəyə hazır suvaq məhsulundan qırmızı kərpiç, mişar daşı  və digər növ daşlardan  hörülmüş divarların suvanmasında, hörgü işlərində və səthlərin hamarlaşdırılmasında istifadə edin. İstifadə olunacaq  məhsulun hazırlanması üçün tələb olunan quru inşaat qarışıqlarının və suyun miqdarı aşağıdakı cədvəldə göstərilmişdir.

 

Hazır quru qarışığın

tərkibi

Qarışıqların miqdarı

(çəki ilə)

Qarışıqların miqdarı

(çalov ilə)

Suvaq üçün əhəng

5,7 kq

1 çalov

Sement M300

13 kq

1 çalov

Suvaq qumu

81,3 kq

6 çalov

Tələb olunan suyun

miqdarı

15-18 l

15-18%

AZERLIME ƏHƏNGLİ SUVAĞIN TEXNİKİ GÖSTƏRİCİLƏRİ 

Rəngi                                                      Açıq boz  

İstifadə temperaturu                                +50C  - +300C

Su /Əhəngli suvaq                                   15-18 l su/100 kq quru qatışığı

İstifadə müddəti                                      120 dəqiqə

Tətbiq qalınlığı  

minimum                                                8 mm

maksimum

(mərhələli tətbiq olunmaqla)                    100 mm

İstifadəyə hazır məhsulun sıxlığı               2100 kq/m3

Quruyandan sonra məhsulun

sıxlığı                                                    1800 kq/m3

Möhkəmlik həddi:

əyilmədə                                                2 N/mm2                                                                                                                                                   

sıxılmada                                               5 N/mm2                                                                 

QABLAŞDIRMA

AZERLIME suvaq üçün əhəng məhsulu 20 kq-lıq polietilen və ya kağız  kisələr, 500 və 1000 kq-lıq, polietilen Biq Bəg kisələrdə qablaşdırılır.

SAXLАМА МÜDDƏTİ VƏ QAYDASI

AZERLIME suvaq üçün əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

AZERLIME məhsulundan istifadə olunmaqla suvaq hazırlanılan zaman istifadə olunan suyun, qabların və döşəmənin  təmiz olmasına xüsusi diqqət edin;

Suvaq üçün hazırlanmış quru qarışığa sudan başqa heç nə əlavə etməyin.

ZƏMANƏT  VƏ  TEXNİKİ DƏSTƏK

Texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;

“Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir.

Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;

Şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;

Texniki dəstək, və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz