24.51 AZN
Sement əsaslı, ağ rəngli, kimyəvi qatqılarla zəngin, yüksək keyfiyyətli, birkomponentli mərmər-qranit yapışdırıcısıdır. AZS 039 (TS-11140) standartına uyğundur.
Təbii mərmər və qranit, keramika, böyük ölçülü keramika, kotto, çini keramika, kirəmit və bu kimi üzlük plitələrinin yapışdırılmasında, çox sayda piyada və yük maşınlarının hərəkət etdiyi ticarət mərkəzləri, xəstəxana, məktəb və iş yerləri kimi məkanlarda köhnə qranit və mərmərlərin üstündən qopartmağa ehtiyac olmadan yeni istənilən üzlük pltələrinin yapışdırılmasında, daxili və xarici səthlərdə istifadə olunur. Beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılır.
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərinin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ, parafin və digər qalıqlardan tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Filkret təmir qarışığı və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli təmir qarışığı ilə doldurulmalıdır. İstifadə etməmişdən əvvəl səth BİNMADER astarla və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı ehmalca 6,0 - 6,5 litr suyun üzərinə boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3 - 5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulunun (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) tətbiq edilməsi tövsiyə olunur.
Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini barmaqla həmin qarışığın üzərinə azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu siyirib atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır. Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saatdan, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. QRANİYAP dry White yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.
Üzlük plitələrin ölçüləri |
Daraqlı malanın dişlərinin ölçüləri, mm |
Yapışdırıcının yayılma qalınlığı, mm |
Kiçik mozaikalar |
|
|
15 sm×15 sm-ə qədər |
6,0 |
2,0-3,0 |
30 sm × 30 sm-ə qədər |
8,0 |
3,0-4,0 |
60 sm× 60 sm-ə qədər |
10,0 |
4,0-5,0 |
100 sm× 100 sm-ə qədər |
15,0 |
5,0-7,0 |
Üzlük plitələrin ölçüləri |
Aralıqların eni, mm |
5 sm×5 sm-ə qədər |
2,0-3,0 |
15 sm×15 sm-ə qədər |
3,0 -4,0 |
30 sm×30 sm -ə qədər |
4,0 -5,0 |
60 sm×60 sm-ə qədər |
5,0 -6,0 |
100 sm×100 sm-ə qədər |
6,0 -8,0 |
Rəngi |
ağ |
İstifadə temperaturu |
+50 C ÷ +300 C |
Su /quru qarışıq |
2,4 – 2,6 litr su/10 kq quru qarışıq |
Qarışdırıldıqdan sonra gözləmə müddəti |
3-5 dəqiqə |
İstifadə müddəti |
3 saat |
Aralıq doldurma işinə başlama vaxtı:
|
|
Qablaşdırma |
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə |
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq |
Test nəticələri |
|
Qabıq bağlama müddəti |
≥10 dəqiqə |
25-35 dəqiqə |
Sürüşmə |
<0,5 mm |
0 |
Qopma müqaviməti |
>0,5 N/mm2 |
>3.0 N/mm2 |
İstifadə zamanı yapışdırıcının çəkildiyi səthin qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
QRANİYAP Whıte (kq) |
1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2) |
Qarışdırılacaq suyun miqdarı (litrlə) 25 kq üçün |
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
|
|||
|
|
4 mm |
6mm |
8 mm |
10mm |
|
25 |
1,42 |
6,5 |
1,3 |
1,97 |
2,44 |
4,06 |
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz
Məhsul haqqında rəy əlavə edin