phone *4500 Zənglə sifariş ver
0
cart Səbətim
Səbət boşdur
success Anbarda -  959  əd.
Məhsul Haqqında:

Sement əsaslı, kimyəvi qatqılarla zəngin, məsaməsiz səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır.

Xüsusiyyətlər

Məhsul haqqında

Sement əsaslı, kimyəvi qatqılarla zəngin, məsaməsiz səth yaranmasını təmin edən, birkomponentli döşəmə qarışığıdır. Öz-özünə yayılmaqla tarazlanır. AZS 039-2000 (TS 11140-1993) standartına uyğundur.

İstifadə sahələri

Bu məhsuldan:

  • ağac, laminat, parket, xalça, PVC, keramika kimi materialları istifadə etməzdən əvvəl düz səthin əldə edilməsində;
  • anbar və bu kimi obyektlərdə aşınma və tozlanmaya qarşı davamlı səth əldə edilməsində istifadə olunur.

Üstünlükləri

  • hazırlanması və istifadəsi asandır;
  • öz-özünə yayılmaqla məsaməsiz, düzgün səth əmələ gətirir.

İstifadə qaydaları

Səthin hazırlanması. Səthin yoxlanılmış və möhkəm olmasına diqqət etməli, səth yapışmağa mane olan qalıqlardan təmizlənməlidir. Səthdə qırılmış və ovulmuş yerlər olarsa, Filkret təmir qarışığı ilə və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhsulla təmir edilməlidir. Səthin suudma qabiliyyətini azaltmaq və müqavimətini artırmaq üçün səth mütləq BİNMADER astarla astarlanmalıdır.

Qarışığın hazırlanması. 20 kq quru qarişığı yavaş-yavaş 4,0 litr suyun üzərinə boşaldıb kürəciklər və hava qabarcıqları yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli mikserdən də istifadə oluna bilər).

Tətbiqi. Hazırlanmış duru qarışığı səthə boşaldın. İstifadə zamanı qarışığın daxilində hava qabarcıqlarıının qalmaması və yayılma əməliyyatının asanlaşması üçün kirpi quruluşlu vərdənədən istifadə edin. Lazım gəldikdə yayılmanı sürətləndirmək məqsədilə polad maladan da istifadə etmək olar. Məhsulun tətbiq olunduğu səthi 24 saat ərzində küləkdən və birbaşa günəş şüalarının təsirindən qoruyun.

Tövsiyələr. MA Şap-ın istifadə olunduğu mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. İstifadədən sonra bütün alətlər və ləvazimatlar su ilə təmizlənməlidir.

Texniki göstəricilər

Rəngi

boz

İstifadə temperatutu

+50C - +300C

Su/quru qarışıq nisbəti

4,0 litr su/20 kq quru qarışıq

İstifadə müddəti

35 dəqiqə

İstifadə qalınlığı

3,0 -10,0 mm

Bərkiməsi:

  • ilkin
  • son

 

15-30 dəqiqədən sonra

60-90 dəqiqədən sonra

Sıxılmada möhkəmlik həddi:

  • 7 gündən sonra
  • 28 gündən sonra

 

23 Mpa

35 Mpa

Yapışma müqaviməti

1,2 Mpa

İstifadəyə verilmə müddəti

6 saatdan sonra üstündə hərəkət edilə bilər. 24 saatdan sonra üstünə xalça, parket,keramika və s. döşənə bilər.

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 20 kq -lıq kisələrdə

Sərfiyyat

1 mm qalınlıq üçün 1 m2-ə 1,75 kq qarışıq sərf oluna bilər.

Saxlama müddəti və qaydası

Bir-birinin üstündə maksimum 10 ədəd olmaqla quru anbarlarda 12 ay saxlanıla bilər.

Xəbərdarlıqlar

  • MA Şap-ın sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.

Zəmanət və texniki dəstək

  • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
  • “Mətanət A" şirkəti məhsulun keyfiyyətinə və təhlükəsizliyinə görə məsuliyyət daşıyır;
  • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Mətanət A" şirkəti məsuliyyət daşımır;
  • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
  • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!

Məhsul haqqında rəy əlavə edin

KALKULYATOR

Mənə zəng edin
Şifrəni unutdum
QEYDİYYAT

Saytda qeydiyyatdan keçdikdən sonra sifarişlərin vəziyyətini, şəxsi hesabınızı və digər yeni xüsusiyyətləri izləmək imkanı əldə edəcəksiniz